Power Query-də Append və Merge fərqi
Power Query nədir
Power Query – Power BI və Excel-də məlumatların təmizlənməsi, çevrilməsi və birləşdirilməsi üçün istifadə olunan əsas alətdir. Məlumat mənbələri müxtəlif olduqda, onları bir araya gətirmək üçün Power Query-nin Append və Merge funksiyaları istifadə olunur.
Append Queries
Append Queries bir neçə cədvəli üst-üstə birləşdirmək üçün istifadə olunur. Bu əməliyyat eyni struktura malik, yəni eyni sütun adları və tipləri olan cədvəlləri birləşdirərək vahid bir məlumat cədvəli yaradır.
Məsələn, Sales_2023 və Sales_2024 adlı iki cədvəl var.
Sales_2023
Sales_2024:
Hər ikisində Date, Product, Revenue sütunları mövcuddur. Append əməliyyatı nəticəsində bu iki cədvəl birləşərək hər iki ilin satış məlumatlarını eyni cədvəldə göstərir.
Sadə şəkildə desək
Append → eyni sütunlar əsasında → sətirləri birləşdirir
Merge Queries
Merge Queries cədvəlləri yan-yana birləşdirmək üçün istifadə olunur. Bu əməliyyat SQL-dəki JOIN funksiyası ilə eyni məntiqlə işləyir. Yəni ortaq bir sütun, məsələn CustomerID əsasında məlumatlar əlaqələndirilir.
Məsələn, Customers və Orders adlı iki cədvəl var. Hər ikisində CustomerID sütunu mövcuddur. Merge etdikdə müştəri məlumatları ilə sifariş məlumatları uyğunlaşdırılır.
Customers cədvəli:
Orders cədvəli:
Sadə şəkildə desək:
Merge → ortaq açar əsasında → sütunları birləşdirir
Merge növləri:
Left Outer Join – Soldakı cədvəldəki bütün sətirləri saxlayır, sağdakı cədvəldən yalnız uyğun gələnləri əlavə edir.
Right Outer Join – Sağdakı cədvəldəki bütün sətirləri saxlayır, soldakıdan yalnız uyğun gələnləri əlavə edir.
Full Outer Join – Hər iki cədvəldəki bütün sətirləri saxlayır, uyğun gəlməyən sətirlərdə dəyərlər boş qalır.
Inner Join – Yalnız hər iki cədvəldə uyğun gələn sətirləri saxlayır.
Left Anti Join – Soldakı cədvəldə olub, sağ cədvəldə olmayan sətirləri saxlayır.
Right Anti Join – Sağdakı cədvəldə olub, soldakı cədvəldə olmayan sətirləri saxlayır.
Nəticə
Power Query-də Append və Merge əməliyyatlarını düzgün seçmək məlumat modelləşdirməsinin keyfiyyətinə birbaşa təsir göstərir. Əgər məlumatlar eyni quruluşdadırsa Append, fərqli cədvəlləri əlaqələndirmək istəyirsinizsə Merge istifadə edilməlidir. Bu yanaşma Power BI hesabatlarının həm dəqiqliyini, həm də performansını artırır.