• HAQQIMIZDA
  • MƏQALƏLƏR
    • Excel&Power Pivot
    • Power BI
      • A-dan Z-ə Power BI
      • DAX
      • Dashboards
  • VİDEOLAR
    • Excel&Power Pivot
    • Power BI
      • A-dan Z-ə Power BI
      • DAX
      • Dashboards
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
Data analitikası üzrə peşəkar tədris platforması
Haqqımızda

Power BI-da Qoşulma Növləri

28sen
A dan Z e Power Bi Baxış sayı: 32 Şərh sayı: 0

Power BI-da hansı qoşulma növləri var?
Power BI-da beş əsas qoşulma rejimi mövcuddur: Import Mode, DirectQuery Mode, Live Connection Mode, Composite Model və Direct Lake Mode. Hər bir rejimin öz üstünlükləri və məhdudiyyətləri var. 



Import Mode

Import rejimində məlumat mənbədən götürülüb Power BI-in yaddaşına yüklənir. Yəni bütün dataset daxilə gətirilir və sonradan vizuallar həmin yüklənmiş model üzərindən işləyir. Ona görə performans yüksək olur və offline işləmək də mümkündür. Amma məlumat tez-tez dəyişirsə, refresh etmədən yenilənmir. Çox böyük datasetlərdə isə yaddaş məhdudiyyətləri problem ola bilər.


Üstünlükləri:

  • Yüksək sürət
  • Offline işləmək imkanı
  • Məlumatı rahat transformasiya etmək və model qurmaq

    Çatışmazlıqları:

  • Məlumat “statik” qalır. Yəni dəyişiklikləri görmək üçün ya əl ilə, ya da avtomatik refresh qurmaq lazımdır.
  • Böyük datasetlərdə məhdudiyyət ola bilər
  • Data birbaşa Power BI faylında saxlandığı üçün təhlükəsizlik məsələləri çıxır






DirectQuery Mode

DirectQuery rejimində isə məlumat Power BI-in yaddaşına yüklənmir. Hər dəfə vizualla işləyəndə sorğu birbaşa mənbəyə göndərilir və nəticə qaytarılır. Bu üsul real-time analiz üçün uyğundur, amma performans Import qədər güclü olmur. Xüsusilə böyük sorğular və mürəkkəb hesablama zamanı gecikmə yarana bilər.

Üstünlükləri:

  • Həmişə aktual data (real-time)
  • Çox böyük datasetlərdə işləyə bilir
  • Məlumatlar bir mərkəzdən idarə olunur

Çatışmazlıqları:

  • Sorğular yavaş işləyə bilər
  • Transformasiya imkanları məhduddur
  • Mənbənin performansından çox asılıdır





Live Connection Mode

Live Connection əsasən Analysis Services modellərinə qoşulmaq üçündür (Azure və ya SQL Server Analysis Services). Burada da data Power BI-in daxilinə yüklənmir, amma mövcud modelə canlı qoşulur. Bunun üstünlüyü odur ki, güc AS modelinin özündə qalır. Amma Import rejimi kimi çeviklik olmur, bəzi Power BI xüsusiyyətlərindən istifadə etmək məhdudlaşır.

Üstünlükləri:

  • Real-time data
  • Mərkəzləşdirilmiş və dəqiq model
  • Data hər zaman aktual qalır

Çatışmazlıqları:

  • Performans tamamilə mənbədən asılıdır
  • Data modelində dəyişiklik etmək çətindir
  • Network sürəti yavaşdırsa, vizuallar gecikə bilər





Composite Model

Bəzən nə tam Import, nə də tam DirectQuery kifayət edir. Bu hallarda Composite Model köməyə gəlir. Burada həm Import, həm də DirectQuery eyni modeldə istifadə olunur. Məsələn, tez-tez dəyişməyən kiçik cədvəlləri Import edirsən, amma böyük və daim yenilənən məlumatları DirectQuery ilə qoşursan. Bu balans həm performansı, həm də aktuallığı qorumağa kömək edir.

Üstünlükləri:

  • Hibrid yanaşma – hər iki rejimin güclü tərəflərini birləşdirir
  • Performans + real-time balansı
  • Daha çevik data model qurmaq olur

Çatışmazlıqları:

  • İdarə etməsi daha mürəkkəbdir
  • Refresh və resurs istifadəsi çətinləşə bilər



Direct Lake Mode

Direct Lake Microsoft Fabric ilə gələn ən yeni qoşulma üsuludur. Burada məlumat OneLake üzərində Parquet fayllarında saxlanılır və Power BI onları birbaşa oxuya bilir. SQL sorğusu çevrilməsinə ehtiyac qalmır, nəticədə həm Import sürəti, həm də DirectQuery-nin real-time imkanları birləşir. Bu, yeni nəsil qoşulma metodu sayılır.

Üstünlükləri:

  • Import kimi sürətli
  • Real-time data (DirectQuery kimi)
  • Refresh tələb olunmur

Çatışmazlıqları:

  • Yalnız Fabric/OneLake mühitində işləyir
  • Yeni texnologiya olduğu üçün hələ çoxda geniş tətbiq olunmur



Nəticə

Power BI-da hər bir qoşulma rejimi fərqli məqsədlər üçün nəzərdə tutulub. Əgər sürət önəmlidirsə Import, real vaxt vacibdirsə DirectQuery və ya Live Connection, balans lazımdırsa Composite Model, ən son texnologiya istəyirsənsə DirectLake daha uyğundur. Seçim edərkən datasetin ölçüsünü, yenilənmə tezliyini və layihənin performans tələblərini nəzərə almaq vacibdir.

 

Paylaş :
Oxşar mövzular
Power Query-də Append və Merge fərqi
5-10-2025, 02:59

Power Query-də Append və Merge fərqi

Power BI-da Qoşulma Növləri
28-09-2025, 21:54

Power BI-da Qoşulma Növləri

Şərhlər (0)
Sizin reklam burada

Vennboo.com-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir.© Copyright © 2024. Müəllif hüquqları qorunur.Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

  • Ana səhifə
  • Haqqımızda
  • Xəbərlər
  • Bizimlə əlaqə

Əlaqə
info@vennboo.com

© Copyright © 2024. Müəllif hüquqları qorunur.Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.